Tank bölmələri döyüş atışları icra edib VİDEO
Bakı, 9 aprel, AZƏRTAC
2021-ci il üçün hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri çərçivəsində atışlar icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüş atışları zamanı müxtəlif məsafələrdə quraşdırılmış hədəflər dəqiq atəşlə məhv edilib.