Tarix Muzeyində antik dövrə aid saxsı küp qorunur
Bakı, 11 dekabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində antik dövrə aid nümunələrdən biri - saxsı küp qorunur. Həmin eksponat muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, saxsı küp 1965-ci ildə arxeoloq Cabbar Xəlilov tərəfindən Şamaxı rayonunun Xınıslı nekropolundan tapılıb. Küpün ağzı qıfşəkillidir və ağzının kənarı ilə gövdəsinin çiyin hissəsini birləşdirən iki çubuqşəkilli yapması var.
Küpün bədii tərtibatına və həcminə görə məişətdə istifadə olunması ehtimal edilir. Bu saxsı qab Azərbaycanın antik dövr məişəti ilə yanaşı, dulusçuların peşə bacarıqlarının səviyyəsi və bədii zövqü haqqında dolğun təsəvvür yaradır.