Tarix Muzeyində Kəlbəcərin İstisu bulağını əks etdirən fotoneqativ qorunur
Bakı, 15 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ materiallar fondunda 1951-ci ilə aid Kəlbəcərin İstisu bulağını əks etdirən fotoneqativ saxlanılır.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Kəlbəcərin İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində meydana gəlib. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Görkəmli kimyaçı E.E.Karstenskiy Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini çox yüksək qiymətləndirib və onun təkcə bu əraziyə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərib.
Muzeydə qorunan bu fotoneqativ Kəlbəcərin mineral bulaqlarının təbliği baxımından əhəmiyyətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:20]
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
- 09.10.2026 [13:17]
AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub
- 09.10.2026 [12:54]
ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?
- 09.10.2026 [12:42]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi
- 09.10.2026 [11:40]