Tarix Muzeyinin arxeoloji kolleksiyasında tədqiqat aparılıb
Bakı, 19 mart, AZƏRTAC
Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyaları tərkibindən və dövründən asılı olmayaraq Azərbaycan tarixi və mədəniyyəti, o cümlədən arxeologiyası üçün əhəmiyyət kəsb edən maddi nümunələrlə zəngindir. Məhz bu zənginliyin nəticəsidir ki, həm yerli, həm də əcnəbi tədqiqatçılar öz araşdırmaları üçün muzeyə müraciət edirlər. Belə müraciətlərdən biri AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva tərəfindən edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Z.Quliyeva doktorluq dissertasiyasının mövzusuna uyğun olaraq muzeyin arxeoloji kolleksiyasında yer almış I Kültəpə yaşayış yerinin neolit dövrü tapıntıları üzərində tədqiqatlar aparıb. Tədqiqat çərçivəsində həmin tapıntıların qrafik və fotoşəkilləri çəkilib, ölçüləri götürülüb.
Bundan əlavə, tapıntıların qeydiyyat nömrələri, tapılma vaxtları və məkanları ilə bağlı zəruri məlumatlar da qeydə alınıb.
Araşdırmalara martın 19-da yekun vurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]