Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi hədəflərimizi iqtisadi potensialımızla uzlaşdıran Ümummilli Lider – Təhlil

Tarixi hədəflərimizi iqtisadi potensialımızla uzlaşdıran Ümummilli Lider –  Təhlil

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Avrasiya məkanının önəmli logistik yolayrıcı kimi mühüm geosiyasi əhəmiyyətə malikdir. Əgər ölkəmiz ötən əsrin 90-cı və XXI yüzilliyin ilk illərində enerji daşıyıcılarının Qərb bazarlarına nəqli üçün diqqət mərkəzində idisə, hazırda dünya iqtisadiyyatında izlənən yeni trendlər baxımından fərqli potensiala malik dövlət kim diqqəti cəlb edir. Alternativ enerji mənbələri, yeni və sabit ticarət marşrutları, ekoloji cəhətdən təmiz enerjinin uzun məsafələrə daşınması müasir dünyamızın ən vacib çağırışlarındandır. Göründüyü kimi, hər iki halda Azərbaycanın regional liderliyi fonunda bölgəmizin əhəmiyyəti nəzərəçarpacaq dərəcədə yüksəlməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Bu fonda iki mühüm amili xüsusi vurğulayan deputat deyib: “Əvvəla onu qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində Zəfərimizdən sonra yaranan yeni geosiyasi reallıq fonunda qlobal, transmilli iqtisadi imkanlar kontekstində Azərbaycanın strateji çəkisi xeyli artıb. İkinci diqqətçəkən məqam isə bu perspektivi vaxtında dəyərləndirən hökumətimizin həyata keçirdiyi köklü iqtisadi islahatlar, daha konkret desək, neft və qaz ixracından istehsala yönəlik, inkişaf etmiş kənd təsərrüfatına malik iqtisadiyyata keçidin təmin edilməsi məsələsidir. Son iki ilin əsas iqtisadi sənədi ən böyük dövlət büdcələrinin qəbul edilməsidir”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan ərazisinə görə o qədər böyük olmasa da, beynəlxalq aləmdə əhəmiyyətli siyasi və iqtisadi layihələrin həm təşəbbüskarı, həm də həlledici bəndi kimi yüksək reputasiyaya malik dövlətdir. Azərbaycan 30 il bundan əvvəl olduğu kimi təkcə neft ölkəsi deyil. Neft bizim üçün dünyaya tanınmaq, iqtisadi gücümüzə yatırım etmək, əhalimizin sosial rifah halına dəstək vermək və təbii ki, qeyri-neft sektorunu inkişaf etdirmək üçün vasitədir. Ölkəmiz enerji daşıyıcılarının ixracatçısı olmaqla yanaşı, son illərdə həm də qlobal təşəbbüslərin - qitələri birləşdirən, bir neçə istiqamətə uzanan yolların açar nöqtələrindən biri rolunu oynayır.

E.Allahverdiyevin sözlərinə görə, Çindən Qərbə doğru uzanan nəqliyyat marşrutları ilə daşınan məhsulun həcminin artması gerçəkliyində Şimal dəhlizlərinin iflic vəziyyətə düşməsi Cənubi Qafqaz bölgəsinin, daha doğrusu, Azərbaycanın liderliyi və təşəbbüsləri ilə regional logistik haba çevrilmiş coğrafi məkanımızın dünya iqtisadiyyatı üçün dəyəri əvəzolunmazdır.

Hazırda dünyanın işgüzar dairələrinin və qlobal iqtisadi problemləri araşdıran mərkəzlərin diqqətində olan ən aktual mövzulardan biri və bəlkə də birincisi Azərbaycanın açar rolunu oynadığı Orta dəhliz marşrutudur. Çindən Avropaya doğru uzanan və Türk dünyasının tarixi özəyini təşkil edən Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyədən keçməklə “qoca qitə”yə doğru istiqamət götürən ticarət yolları sonu görünməyən Rusiya-Qərb ziddiyyətləri müstəvisində müasir dünya iqtisadiyyatı üçün vacib xilas yoludur. 44 günlük müharibədən sonra Azərbaycan qan qardaşlarımız olan Qazaxıstan, Özbəkistan və Türkmənistanla bu istiqamətdə - logistika imkanlarımızın birləşdirilməsi və vahid sistem modelində fəaliyyəti yönündə intensiv diplomatik addımlar atmaqdadır. Qonşu Gürcüstan və qardaş Türkiyə ilə bu platformada illəri əhatə edən, uğurla tamamlanan işlək mexanizm tarixin sınağından uğurla çıxıb. İndi bu vahid logistik məkanın Şərqə doğru genişlənməsi vacibdir. Çünki bu, dövrümüzün başlıca tələbi və çağırışıdır. Bu, iqtisadi dividendlərdən savayı, həm də əsrlər boyu arzuladığmız, mütəfəkkirlərimiz və ziyalılarımızın mənəvi və nəzəri yönlərini araşdırdıqları Türk birliyinin gerçəkliyə çevrilməsi üçün tarixi şansdır. Bu əməkdaşlıq Ulu Öndər Heydər Əliyevin arzularından biri idi. Ümummilli Lider izlədiyimiz mənzərənin reallığa çevrilməsi, gələcək nəsillərin iqtisadi rifahı və dövlətimizin təhlükəsizliyi üçün vaxtilə tarixi addımlar atıb.

“Bu gün biz aydın şəkildə görür və dərk edirik ki, ölkəmizin az qala neft və qaz ehtiyatlarından daha çox qiymətləndirilməyə başlanmış logistik əhəmiyyətinin əsası məhz ötən əsrin sonlarında xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Miqyaslı düşünmək yalnız böyük siyasi liderlərə xas keyfiyyət və bacarıqdır. Bu gün Qərbin və Çinin böyük səylər sərf etdikləri bu ticarət yollarının maketi məhz həmin illərdə, Ulu Öndərin tükənməz enerji ilə həyata keçirdiyi regional və daha geniş coğrafiyaya hesablanmış xarici siyasətin məntiqi nəticəsidir. Çoxları unuda bilər, ancaq aktuallığı gündən-günə artan və qlobal iqtisadiyyat üçün ən ucuz transmilli yükdaşıma layihəsi olan Orta Dəhliz Ulu Öndər Heydər Əliyevin böyük önəm verdiyi böyük İpək yolu” layihəsinin bazasında qərarlaşıb və faktiki olaraq onun davamıdır. Məhz Ulu Öndərin çoxsaylı təşəbbüslərinə əsasən Avropa İttifaqı ilə bu istiqamətdə ciddi və məhsuldar danışıqlar keçirilib. Bir çoxları sözügedən layihənin o dövrün reallıqları baxımından uğursuzluğa düçar olduğunu düşünüb və onun tarixin arxivində qaldığını hesab ediblər. Ancaq bugünkü proseslər bunun tam əksini sübut edir. Çünki qeyd etdiyimiz kimi, böyük tarixi simalar bu gün atdıqları addımları ilə illər sonranın reallığının əsasını qoyurlar”, - deyə E.Allahverdiyev diqqətə çatdırıb.

Ölkəmizin nüfuzunu və əhəmiyyətini şərtləndirən amillərdən danışan deputat bunların siyasi və ictimai sabitlik, möhkəm hüquqi bünövrə, əsaslı iqtisadi potensial və imkanlar, dövlətin iradəsi, intellektual baza olduğunu vurğulayıb. Ümummilli Liderin ötən əsrin 90-cı illərində həyata keçirdiyi köklü islahatlar məhz bu amillərin bərqərar olmasına xidmət edirdi.

“Ümummilli Lider Heydər Əliyevin ölkəmizin iqtisadi potensialının güclənməsi və dünya iqtisadiyyatı üçün maraq dairəsinə çevrilməsi üçün həyata keçirdiyi tədbirlər Prezident İlham Əliyev tərəfindən müasir geosiyasi çağırışlar və iqtisadi trendlərlə uzlaşdırılaraq uğurla davam etdirilir. Xüsusilə son iki il ərzində ölkəmizin bu potensialı böyük artım göstəricilərini nümayiş etdirir. Azərbaycan indiki reallığı illər öncə görüb və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə tarixi addımlar atılıb. İnkişaf etmiş yol infrastrukturu, bizi Qərb bazarları ilə birləşdirən dəmir yolu və enerji daşıyıcıları - kəmərlər, regionun mühüm ticari bəndinə çevrilən yeni dəniz limanı məhz dövlətimizin başçısının fədakar əməyinin nəticələridir. Bu infrastruktur illər sonra iqtisadiyyatımızın ana xəttini təşkil edəcək və büdcəmizə böyük vəsaitlərin daxil olmasına səbəb olacaq. Ancaq biz bu potensiala təkcə maddi cəhətdən yanaşmamalıyıq. Çünki Orta Dəhlizin reallaşacaq yeni istiqaməti olacaq Zəngəzur dəhlizi bizim üçün hər şeydən əvvəl mənəvi dəyərdir - xalqımızın tarixi torpaqlarına qovuşması üçün başlıca hədəfdir. Həmin hədəf ki, Ulu Öndərimiz onun bir gün gerçəkləşəcəyinə inanırdı”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib