Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi yaşadanları tarix də yaşadacaqdır

Yusif Küseyir oğlu türbəsi bərpa olunub

Naxçıvan, 15 aprel, AZƏRTAC

Naxçıvan qədim, orta əsrlər və yeni dövr tariximizi özündə əks etdirən nadir memarlıq abidələri ilə zəngindir. Muxtar respublika ərazisindəki mağaralar, ilk insan məskənləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr xalqımızın qədim tarixindən soraq verir. Son illər tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Ali Məclis Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də bərpa olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov türbədə aparılan bərpa işləri ilə maraqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, Naxçıvan memarlıq abidələri ilə çox zəngindir. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri pasportlaşdırılıb, 70-dən artıq abidə bərpa olunub. Bu abidələr içərisində Yusif Küseyir oğlu türbəsi öz orijinal quruluşuna görə xüsusi ilə diqqəti cəlb edir. Abidə qülləvari türbələr sırasına aiddir. Muxtar respublikada tarixi-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsi kimi Yusif Küseyir oğlu türbəsi də bərpa olunub. İsmayıl Hacıyev tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliği sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika ziyalıları adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən diyardır”, - fikrini xatırladaraq deyib: Tariximizi yaşadan abidələrdən biri də 850 il bundan əvvəl memar Əcəmi Naxçıvani tərəfindən tikilmiş, el arasında isə “Atababa günbəzi” kimi tanınan Yusif Küseyir oğlu türbəsidir.

Ali Məclisin Sədri türbənin bərpaçılarına təşəkkürünü bildirərək deyib: Tarixi abidələri qoruyub saxlamaq onu tikməkdən daha çətindir. Yusif Küseyiroğlu türbəsi tikildiyi dövrdən bu günə qədər qorunub saxlanılmışdır. Bərpadan sonra isə abidəyə ikinci həyat verilmişdir. Abidələrin pasportlaşdırılması, onların qorunması və bərpası vacib məsələdir. Çünki abidələr xalqımızın daş pasportudur. Tarixi abidələr xalqın neçə yüz il bundan əvvəl hansı mədəniyyətə malik olduğunu təsdiq edir. Ona görə də abidələr qorunmalı, ilkin görkəmi saxlanılmaqla bərpa olunmalı və gələcək nəsillərə çatdırılmalıdır.

“O şəxslər xoşbəxtdirlər ki, onlar əməllərinə və xidmətlərinə görə tarixdə yaşayırlar. Memar Əcəmi Naxçıvani yaratdığı abidə, Yusif Küseyir oğlu isə xalqımıza göstərdiyi xidmətlərlə tarixdə yaşayırlar”, - deyən Ali Məclisin Sədri bildirib ki, abidələrin bərpası və qorunub saxlanılması xalqın tarixinin yaşadılması deməkdir. Bu gün muxtar respublikada qədim, orta əsrlər və son dövrlərə aid abidələrimiz bərpa olunur. Lakin təəssüflə deməliyik ki, ötən əsrin 90-cı illərinin acı nəticələri tarixi abidələrimizə təsirsiz qalmamışdır. Həmin dövrdə anbar kimi istifadə olunan Yusif Küseyir oğlu türbəsinin memarlıq quruluşuna ciddi ziyan vurulmuşdu. Sonrakı dövrdə abidədə bəzi bərpa işləri aparıldı. Bu gün isə abidə əsaslı şəkildə bərpa olunaraq ikinci həyat verilmişdir. Muxtar respublika ərazisindəki digər abidələrimiz kimi, bu abidə də tədqiq olunmalı, abidə ilə bağlı materiallar toplanılaraq kitab halında nəşr edilməlidir. Çünki abidələrin bərpası ilə yanaşı, həm də onların öyrənilməsi qarşıda duran əsas vəzifədir. Tariximiz həm abidələrdə, həm də yazılı mənbələrdə - kitablarda yaşadılmalıdır.

Sonra abidəyə baxış olub. Tarixi abidələrin bərpası üzrə mütəxəssis, memar Arif Əzizov məlumat verib ki, türbənin bərpasına 2019-cu ilin iyun ayında başlanılıb, ətrafı dəmir beton istinad divarları ilə bərkidilib və kərpiclə üzlənib. Türbənin xarici və daxili, həmçinin sərdaba divarlarının aşınmış hissələri, həndəsi və nəbati naxışlar ilkin forması saxlanılmaqla bərpa edilib. Abidədə haşiyə, eləcə də qapı üzərindəki kitabə yazıları da bərpa olunub, açıq və qızılı rənglərlə boyanıb. Türbənin daxilindəki nəmliyin götürülməsi üçün gümbəz hissədə və üst piramida örtüyündə nəfəsliklər açılıb.

Bildirilib ki, Yusif Küseyir oğlu türbəsi yeraltı sərdabadan və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramida şəkilli günbəzlə örtülüb. Türbə ölkəmizin qülləvari türbələri içərisində üst piramida örtüyü olduğu kimi bu günə qədər qalan yeganə abidədir. Giriş qapısının baş tərəfindəki kitabədə türbənin hicri təqvimi ilə 557-ci il, yəni 1162-ci ildə Yusif Küseyir oğlunun xatirəsinə inşa edildiyi göstərilib. Abidənin qurşağında “Qurani-Kərim”in “Al-i İmran” surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıb.

Abidənin ətrafı abadlaşdırılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa olunacaq

Muxtar respublikada mənəvi dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər sırasında dini abidələrin bərpası xüsusi yer tutur. Qədim ziyarətgahlar və məscidlər bərpa olunaraq dindarların istifadəsinə verilir. 

Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxıb.

Məlumat verilib ki, XVII-XVIII əsrlərə aid olan məscid memarlıq quruluşu saxlanılmaqla bərpa olunacaq, dindarlar üçün lazımi ibadət şəraiti yaradılacaqdır.

Ali Məclisin Sədri Cümə məscidində bərpa işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu