Tariximizlə, qəhrəmanlarımızla bağlı böyük qürur hissi keçiririk
Bakı, 20 yanvar (AZƏRTAC). 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının ordusu Azərbaycanda qanlı hadisələr törətmiş, azadlıq, müstəqillik arzusu ilə ayağa qalxmış insanları qətlə yetirmişdir. Mən bu hadisələrin şahidi olmuşam. O müdhiş gecə günahsız qətlə yetirilmiş, tanınmaz hala salınmış insanların kimliyinin müəyyənləşdirilməsi prosesində bir həkim kimi iştirak etmişəm. 20 Yanvar heç vaxt yaddan çıxmayacaqdır.
Bu sözləri ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlmiş Azərbaycan Tibb Universitetinin müəllimi Eldar Ələkbərov AZƏRTAC-a müsahibəsində bildirmişdir.
O demişdir: “20 Yanvar şəhidlərinin xatirəsi əbədiyaşardır. Tariximizlə, qəhrəmanlarımızla bağlı böyük qürur hissi keçiririk.
Xalqımızın xoşbəxt gələcəyinə böyük inamım vardır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]