TASİS AZƏRBAYCAN EKOLOQLARINA KÖMƏK EDİR
ƏB-nin direktoru demişdir ki, bu qurumun institusional inkişafının dəstəklənməsi üzrə layihə işlərinin büdcəsi cari ilin yayında tam təsdiq olunacaq və 2005-ci il yanvarın əvvəllərindən həyata keçirilməyə başlayacaqdır. Azərbaycan bütün regional ekologiya layihələrində fəal iştirak edir. Bu, həm çayların idarə olunması layihələri, həm də “Xəzərin ekoloji proqramı” çərçivəsində görüləcək işlərdir. Hazırda Azərbaycanda balıqçılıq sahəsinin inkişafına dair layihə üzərində iş gedir.