TATARISTAN OMBUDSMANI AZƏRBAYCANLILARIN HÜQUQLARINI MÜDAFİƏ EDƏCƏKDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının iki əməkdaşı Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində təcrübə mübadiləsi aparmışlar.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili ilə Tatarıstan Respublikasının insan hüquqları üzrə müvəkkili arasında ikitərəfli əməkdaşlıq haqqında imzalanmış müqaviləyə müvafiq olaraq, səfər çərçivəsində təcrübə mübadiləsi aparılmış, əməkdaşlığın nəticələri və perspektivləri müzakirə olunmuşdur.
Kazan şəhərindəki “Xalqlar dostluğu” evində Ombudsman Aparatı əməkdaşları ilə Azərbaycan diasporu nümayəndələrinin görüşü keçirilmişdir. Görüşdə bu ölkədə yaşayan azərbaycanlıların qarşılaşdığı problemlərdən söz açılmış, onların həlli istiqamətində müzakirələr aparılmış, gələcək əməkdaşlığın imkanları müəyyənləşdirilmişdir. İndən belə Tatarıstan Ombudsmanı bu respublikada yaşayan soydaşlarımızın hüquqlarını müdafiə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]