İQTİSADİYYAT
“Taxt Oyunları” formatlı kiberyarışın qalibi “Cyber Yashma” komandası olub







Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Bakıda Kibertəhlükəsizlik Günləri çərçivəsində keçirilən “Taxt Oyunları” (Game of Thrones) formatlı kiberyarışın qalibi “Cyber Yashma” komandası olub.
AZƏRTAC xəbər verir ki, Elgün Abdullayev, İlkin Ələkbərli və Əli Fərəczadənin iştirakçısı oldu “Cyber Yashma” komandası “Taxt”ın sahibi (qalib) elan olunub.
Sonra qaliblərin mükafatlandırma mərasimi baş tutub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ölkənin ən böyük kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən bu kibermüharibə formatlı simulyasiya yarışında, ümumilikdə, 30 iştirakçının olduğu 10 komanda mübarizə aparıb. Yarış 5 saat davam edib və məhdud vaxt çərçivəsində tapşırıqları uğurla yerinə yetirən, ən yüksək xal toplayan komanda “Taxt”ın sahibi (qalib) adını qazanıb.