Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub
Bakı, 31 oktyabr, AZƏRTAC
Tayvanda “Konq Rey” qasırğasının yaxınlaşması səbəbindən azı 506 aviareys ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tayvanın təbii fəlakətlərin aradan qaldırılması üzrə qərargahı məlumat yayıb. Bundan başqa, təbii fəlakət səbəbindən 11 marşrut üzrə 139 bərə reysi ləğv olunub.
Meteoroloqlar “Konq Rey” qasırğasının yaxın bir neçə saat ərzində Tayvanın şərq sahillərinə çatacağı barədə xəbərdarlıq ediblər. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 63 metrə çatır.
Tayvanın hakimiyyət orqanları ada ərazisində qasırğa xəbərdarlığı və oktyabrın 31-ni qeyri-iş günü elan edib. Ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində dərslər ləğv olunub, təcili yardım xidmətləri isə gücləndirilmiş iş rejiminə keçirilib.
Qeyd edək ki, “Konq Rey” qasırğası oktyabrın 25-də Sakit okeanın qərbində, Filippin yaxınlığında formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]