TBİLİSİYƏ GƏLƏNLƏR ÜÇÜN QEYDİYYAT REJİMİ TƏTBİQ EDİLƏCƏK
Mer demişdir ki, qeydiyyat rejiminin tətbiqindən məqsəd Tbilisiyə gələnlər üçün məhdudiyyət qoymaq deyil, kriminogen vəziyyəti yaxşılaşdırmaqdır. Belə ki, Tbilisidə cinayətlərin xeyli hissəsini ölkənin bölgələrindən gələnlər törədirlər. Tbilisinin qonaqları polisdə, ya da şəhərdə qaldıqları rayonun icra hakimiyyətində qeydiyyata alınacaqlar.
Rəsmi məlumata görə, Tbilisidə 1 milyon 100 min, ekspertlərin fikrincə isə, əslində, 1,4 milyon adam yaşayır. Gürcüstanın bütün əhalisi isə 4,4 milyon nəfərdir.