Tehran dövləti Azərbaycanın bütün təhdidlərə cavab vermək gücündə olduğunu başa düşməlidir
Bakı, 4 aprel, AZƏRTAC
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən sui-qəsd terror aktı idi. Təbii ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşəkar fəaliyyəti nəticəsində bu terror aktının üstü çox qısa zamanda açıldı və hüquqi qiymət verildi. Terrorun həyata keçirildiyi yerə diqqət yetirəndə görürük ki, bu, öncədən planlaşdırılmış və hətta kameralardan uzaq bir yerdir. Amma buna rəğmən Azərbaycan təhlükəsizlik orqanları kifayət qədər peşəkar fəaliyyət həyata keçirib. Məhz bu peşəkarlıq nəticəsində biz Azərbaycanda baş verən bu tip cinayətlərin üstünün qısa zamanda açıldığını müşahidə edirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Ölkəmizə qarşı təhdid yolunu seçmiş ölkələr, xüsusilə də Tehran rejimi başa düşməlidir ki, Azərbaycan təhlükəsizlik orqanları kifayət qədər peşəkar və güclü, sistemli fəaliyyət həyata keçirirlər. Bütövlükdə Azərbaycan bu təhdidlərə cavab vermək gücündə olan bir ölkədir. Son hadisə bir daha təsdiq edir ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkar fəaliyyəti nəticəsində həm bu tip halların qarşısının alınması, həm də terror halı baş veribsə daha qısa zamanda üstünün açılması reallaşır. Azərbaycanın təhlükəsizlik sistemi bu cür təhdidlərə vaxtında cavab vermək gücündədir”, - deyə Milli Məclisin deputatı qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [12:14]
Ermənistan vətəndaşlarının məhkəməsində yekun məhkəmə qərarı elan olunur
- 05.02.2026 [11:07]
Prezident İlham Əliyevin dünyanı xilas edəcək humanizm missiyası- ŞƏRH
- 05.02.2026 [09:44]
Azərbaycan səfiri Şri-Lankada görüşlər keçirib
Səyyar “ASAN xidmət” Ağdaşda
- [10:58]
NBA: Son çempion səfərdə uduzub
- [10:36]
Əksər ərazilərə qar yağıb
- [10:35]
Bütün nəsillərin müasiri
- [09:05]
Avrozonada inflyasiya azalıb
- [06:39]
"Qalatasaray" Türkiyə Kubokunda növbəti qələbəsini qazanıb
- 04.02.2026 [23:58]
Azərbaycanın qadın güləşçiləri ilin ilk yarışına çıxırlar
- 04.02.2026 [23:03]
Qarlı Bakı havası
- 04.02.2026 [22:51]
Bakıda bəzi yollarda sürət həddi aşağı salınıb
- 04.02.2026 [22:10]
Ərdoğan: Türkiyənin Misirdə investisiyalarının həcmi 4 milyard dollara çatıb
- 04.02.2026 [21:59]
Nazir: Ukraynaya qarşı müharibə Rusiyanın özünün ziyanınadır
- 04.02.2026 [21:55]
Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb
- 04.02.2026 [21:41]
Ukraynanın Drujkovka şəhəri kaset mərmiləri və bombalarla vurulub
- 04.02.2026 [20:55]
Si Cinpin: Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək
- 04.02.2026 [20:46]