Təhsil İnstitutunun layihəsi çərçivəsində ehtiyat dərsliklər müzakirə olunub
Bakı, 26 aprel, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Ehtiyat dərsliklər” layihəsi çərçivəsində 4-cü sinif riyaziyyat dərsliyinin birinci hissəsinin hazırlanması istiqamətində müəllif komandasının görüşü keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə “Üçrəqəmli və dördrəqəmli ədədlərin birrəqəmli ədədə vurulması” və “Çoxrəqəmli ədədin birrəqəmli ədədə vurulması” mövzuları müzakirə olunub. Müzakirələrdə layihənin rəhbəri Zaur İsayev, türkiyəli mütəxəssis Kürşat Erbaşı, müəlliflərdən Mənsur Məhərrəmov, İlahə Rüstəmova, Solmaz Abdullayeva, Xədicə Qasımova, layihənin koordinatoru Gülnar Aşurova, müəllimlərdən Xatirə Əliyeva və Sevinc Əsədova iştirak ediblər.
Xatırladaq ki, layihə çərçivəsində Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə ehtiyat dərsliklər hazırlanır. Ehtiyat dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir. Dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Tədris resursları kütləvi istifadədən əvvəl sınaqdan keçirilir. Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq edilir. Sınaq prosesinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır, ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsi təşkil olunur və ictimai rəy öyrənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]