Təhsil Nazirliyinin Apelyasiya Şurasının onlayn iclası keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin Apelyasiya Şurasının növbəti onlayn iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunda məsləhətçi vəzifəsinə namizədlər Nuranə Mustafayeva və Vüsalə Yusifovanın, aparıcı məsləhətçi vəzifəsinə namizədlər Aysel Feziyeva, Vüqar Şahbazov və Sahib Tağıyevin, baş məsləhətçi vəzifəsinə namizəd Zərifə Səmədzadənin, İctimaiyyətlə əlaqələr sektorunda məsləhətçi vəzifəsinə namizəd Aygün Şahbazovanın müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Üç nəfərin şikayətinin təmin olunması, 4 nəfərin şikayətinin isə təmin edilməməsi barədə şura tərəfindən qərar qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [17:36]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]