“TƏHSİLİN İDARƏ EDİLMƏSİNDƏ İKT-NİN ROLU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Multimedia İSTM-in direktoru Osman Gündüz layihənin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Avrasiya Fondu tərəfindən dəstəkləndiyini, “Təhsildə İKT-nin rolu” mövzusu ilə bağlı ilk tədbirin cari ilin mayında təşkil edildiyini, dekabrda pilot olaraq seçilmiş 282 nömrəli məktəbdə 25 tədris ocağı rəhbərliyinin və müəllimlərin iştirakı ilə layihənin yekun təqdimatının keçiriləcəyini bildirmişdir.
Tədbirdə Təhsil Nazirliyinin məsləhətçisi Akif Əliyev “Təhsildə İKT-dən istifadənin təşkilati modeli”, Osman Gündüz “Tədris müəssisəsinin vahid mühitinin yaradılması və effektiv kommunikasiya infrastrukturunun qurulması” mövzularında məruzə etmiş, hər hansı bir tədris ocağında neçə kömpüterin olmasına və onların harada (informatika kabineti, məktəb kitabxanası, müəllimlər otağı, direktorun kabineti və s.) yerləşdirilməsinə dair mülahizələrini söyləmişlər.
Dəyirmi masada iştirak edən mütəxəssis və müəllimlər mövzu ilə bağlı fikirlərini bildirmiş, təkliflərini vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]