TƏKRAR SEÇKİLƏRDƏ CİDDİ QANUN POZUNTUSU QEYDƏ ALINMAMIŞDIR
Diplomat əvvəlcə 31 saylı Suraxanı ikinci seçki dairəsinin 24 saylı seçki məntəqəsində olmuşdur. O, yerli və xarici müşahidəçilərlə söhbət etmiş, onların fikirlərini dinləmişdir.
...Həmin dairənin 104 nömrəli orta məktəbdə yerləşən və 1428 seçicini əhatə edən 5 saylı seçki məntəqəsində C.Haylend məntəqə komissiyasının sədri Sülhəddin Allahverdiyevlə, müşahidəçilərlə və ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun “exit-poll” aparan əməkdaşları ilə görüşmüş, seçki prosesini izləmişdir. Müşahidəçilər ciddi qanun pozuntularına yol verilmədiyini bildirmişlər.
...9 saylı Binəqədi ikinci seçki dairəsinin 4 saylı seçki məntəqəsində 21 yerli müşahidəçi ilə yanaşı, xaricilər də iştirak edirlər. Avropa Şurası Parlament Assambleyasının üzvü, fransalı senator Jan gi Branje amerikalı diplomata və mətbuat işçilərinə bildirmişdir ki, seçkilər qaydasınca davam edir, elə bir ciddi pozuntu müşahidə etməmişdir.
Ceyson Haylend təəssüratlarını KİV nümayəndələri ilə bölüşərək demişdir ki, Azərbaycanda olan çoxsaylı beynəlxalq müşahidəçilər sırasında seçkiləri izləməsindən şərəf duyur. “Exit poll” keçirilməsi, gözəgörünməyən mürəkkəbin tətbiqi də seçkiləri demokratik keçirmək istəyindən irəli gəlir. Seçki məntəqələrində müxtəlif müşahidəçilərlə görüşdüm, müsbət rəylər eşitdim, mənfi fikirlər söyləyənlər də oldu. Vacib olanı budur ki, ortaya çıxan problem qanun çərçivəsində həll edilir.
Müvəqqəti işlər vəkili xatırlatmışdır ki, Azərbaycanın dostu kimi, ABŞ bu mühüm siyasi kampaniyanın yüksək səviyyədə keçməsi üçün görünməyən mürəkkəblə təminatı, treninqlər və “exit poll” keçirilməsini üzərinə götürmüşdür.
...ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakıdakı qərargahında C.Haylənd və institutun direktoru Dallas Frorib jurnalistləri maraqlandıran suallara cavab vermişlər. Bildirilmişdir ki, “exit poll”un nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir. Bu məlumatı www.iri.orq.az