Tələbə və müəllim heyəti üçün keyfiyyəti idarəetmə mövzusunda təlim keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbə və müəllim heyəti üçün AZS İSO 9001:2020 ”Keyfiyyəti İdarəetmə Sistemi. Tələblər” standartı əsasında biliklərin artırılması məqsədilə təlim keçirib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, təlim Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunub. Tədbirdə AZSTAND-ın fəaliyyəti, milli standartlaşdırma sistemi, idarəetmə standartları, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat verilib.
Təlimdə ekspertlər təqdimatlarla çıxış ediblər, mövzu üzrə suallar cavablandırılıb, müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]