TƏLƏBƏLƏRİN 25-Cİ DÜNYA UNİVERSİADASI KEÇİRİLƏCƏKDİR
Bakı, 20 aprel (AZƏRTAC). Cari ilin iyulunda Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək tələbələrin 25-ci Dünya Universiadasında Azərbaycan da təmsil olunacaqdır.
“Gənclik” Tələbə İdman Cəmiyyətinin Respublika Şurasından bildirmişlər ki, Təhsil, Gənclər və İdman nazirliklərinin, Həmkarlar İttifaqları Konfederasiyasının, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin təşkilatçılığı və dəstəyi ilə bu il martın 3-dən ölkəmizin ali təhsil məktəblərinin tələbələri arasında IX Respublika Universiadasına start verilmişdir. Oğlanlar və qızlar 10 idman növü, o cümlədən voleybol, basketbol, həndbol, üzgüçülük, stolüstü tennis, cüdo və s. üzrə qüvvələrini sınayırlar. Mayın sonunda başa çatacaq yarışın qaliblərinə diplom və mükafatlar veriləcəkdir.
Bəzi idman növü üzrə ilk yeri tutanlar Dünya Universiadasında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]