“Telegram”da ovuc izi ilə şəxsiyyətin müəyyən edilməsi funksiyası olacaq
Bakı, 9 aprel, AZƏRTAC
“Telegram” sosial platformasının istifadəçiləri sadə ovuc skanından istifadə etməklə öz şəxsiyyətlərini təsdiq edə biləcəklər. AZƏRTAC bu barədə Rusiya mediasına istinadla xəbər verir.
Bu təşəbbüsün bir hissəsi olaraq, “TON Society” proqramda iştirak etmək istəyən istifadəçilər üçün mükafat olaraq 1 milyon Toncoin (təxminən 6,5 milyon dollar) ayırıb.
“HumanCode” texnologiyası xüsusi avadanlığa ehtiyac olmadan smartfondan istifadə edən real şəxsin statusunu təsdiqləməyi asanlaşdıracaq.
Layihənin məqsədi növbəti beş il ərzində “Telegram” kanalının 500 milyon istifadəçisini təhlükəsiz rəqəmsal şəxsiyyətlə təmin etməkdir. Bu texnologiya “Airdrop” (pulsuz kriptovalyuta transferi) və ya tranzaksiya təhlili kimi əməliyyatlarda kimliyin yoxlanılması baxımından faydalı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]