TƏRBİYƏ MÜƏSSİSƏLƏRİNİN HİMAYƏÇİLİK ŞURASININ FƏALİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
Ombudsman Aparatında tərbiyə müəssisələrinin Himayəçilik Şurasının iclası keçirilmişdir.
Aparatdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirdə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ölkəmizin məhkəmə-hüquq sistemində köklü islahatların aparıldığından, penitensiar müəssisələrdə şəraitin beynəlxalq standartlara uyğunlaşdırıldığından söhbət açaraq, cəzaçəkmə müəssisələrində yetkinlik yaşına çatmayan məhkumların tədris-tərbiyə prosesinin təşkilində, onların sosial müdafiəsi məsələlərinin həllində Himayəçilik Şurasının yaxından kömək göstərəcəyini vurğulamışdır.
Himayəçilik Şurasının üzvləri müzakirələrdə iştirak edərək, təkliflər irəli sürmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]