DÜNYA
TERRORÇULAR ÖZBƏKİSTANDA “XİLAFƏT” QURMAQ İSTƏYİRMİŞLƏR
Baş prokuror bildirmişdir ki, terror aktları ilə bağlı indiyədək 700-dən çox zərərçəkən və şahid dindirilmişdir. 54 nəfər şübhəli şəxs qismində saxlanmış, onların 45-i məsuliyyətə cəlb olunmuşdur. Bu cinayətkarların 15-i qadındır.
R.Qədirov demişdir: “Həlak olan terrorçuların 30 nəfərinin şəxsiyyəti müəyyənləşdirilmişdir. Qalanlarının şəxsiyyətinin müəyyən olunması istiqamətində iş aparılır”.
Baş prokurorun sözlərinə görə, 2000-ci ildən Daşkənd və Buxara şəhərlərində, həmçinin Daşkənd vilayətində dini-ekstremist qruplar fəaliyyətə başlamışlar. Onlar Özbəkistanda islam dövləti qurmağı, sonra isə bunu vahid “Xilafət”ə çevirməyi qarşılarına məqsəd qoymuşlar.
Həbs olunanlar bildirmişlər ki, onların tədrisi və hərbi hazırlığı ilə təxribat düşərgələrində “Əl-Qaidə” üçün döyüşçülər hazırlayan ərəb təlimatçıları məşğul olmuşlar.