“TERRORİZM VƏ QANLI LƏPİRLƏR” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Yanvarın 7-də Azərbaycanda Atatürk Mərkəzində əməkdar elm və texnika xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kərim Kərimovun ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə ithaf edilmiş “Terrorizm və qanlı ləpirlər” siyasi karikatura və plakatlar kitabının təqdimatı olmuşdur. Kitab akademik Ziyad Səmədzadə və professor İmran Cəfərzadənin redaktorluğu ilə “Ozan” nəşriyyatı tərəfindən buraxılmışdır.
AZƏRTAC xəbər verir ki, Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov mərasimi açaraq, kitabın erməni terrorizminin və separatçılığının ifşasına həsr edildiyini bildirdi.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı, Milli Məclisin deputatları Şahlar Əsgərov, Fəttah Heydərov və başqa çıxış edənlər Cənubi Qafqazda terrorçu separatizmin əsas daşıyıcılarının - ermənilərin başlıca hədəfinin Azərbaycan və ümumən bütün türk dünyası olduğunu vurğuladılar. Kitabın “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin mənfur siyasətinin ifşası ilə yanaşı, gənc nəslin tərbiyəsində də əhəmiyyəti olduğu qeyd edildi. Bildirildi ki, bu kitab Prezident İlham Əliyevin Azərbaycanın suveren hüquqlarının və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində apardığı ardıcıl xarici siyasətə ideoloji təminatı baxımından da əhəmiyyəti böyükdür.
Sonda K. Kərimov tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]