Tərtər rayonunda indiyədək vətəndaşlara 9 min 318 doza vaksin vurulub
Tərtər, 15 aprel, AZƏRTAC
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir. Məqsəd ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxmanın və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayonu üzrə indiyədək vətəndaşlara COVID-19 infeksiyasına qarşı 9 min 318 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6 min 67, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 3 min 251 nəfərdir.