Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib
Tərtər, 17 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Tərtər şəhərinin Mahir Əsədov küçəsində 375 ədəd Eldar şamı əkilib. Rayon icra hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İnzibati ərazi dairələri üzrə nümayəndələr və şəhər sakinləri aksiyada fəal iştirak ediblər.
Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.