REGİONLAR
Tərtərdə pambıq yığımına başlanılıb

Tərtər, 2 oktyabr, AZƏRTAC
Tərtər rayonunda pambıq yığımına başlanılıb. Tərtər pambıqçıları əvvəlki illərdə olduğu kimi, bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Tərtər rayonu ərazisində 2242,1 hektarda pambıq becərilib. Pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.
Rayonda ilkin olaraq pambıq yığımına “MKT İK” MMC-nin Tərtər filialı tərəfindən başlanılıb. Yığımın ilk günlərində 90,3 ton məhsul toplanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.12.2023 [12:28]
Cəbrayılda minatəmizləyən texnikalar istehsal olunacaq - EKSKLÜZİV
- 11.12.2023 [11:17]
Beyləqanda polis əməkdaşları 2 ədəd "AK-74" markalı avtomatı təhvil götürüb
- 11.12.2023 [09:38]
“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov Ağdamda vətəndaşları qəbul edəcək
- 10.12.2023 [22:15]
Sabirabadda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 10.12.2023 [20:06]
Şəkidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib
Bakı İlahiyyat Kolleci yaradılır
- [10:41]
Belarusda Azərbaycanın zəngin mədəniyyəti təqdim olunub
- 10.12.2023 [23:32]