Texniki Universitetin tələbələri “Könüllü başlanan uğurlu yol” layihəsində iştirak ediblər
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) və universitetin nəzdində fəaliyyət göstərən kolleclərin tələbələri XIII qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın “Könüllü başlanan uğurlu yol” adlı fərdi layihəsində iştirak ediblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, “İrəli” İctimai Birliyinin təşkilati, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin məqsədi gənclərə dəstəyin artırılması, onların təhsilə, peşə fəaliyyətinə həvəsləndirilməsi, gələcək karyera imkanlarının inkişaf etdirilməsidir.
Layihənin keçirildiyi 3 gün ərzində gənclərə könüllülük fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Həmçinin şəxsi inkişaf, uğur qazanmağın sirri və s. mövzularda fikir mübadiləsi aparılıb.
Təlimçi Vüsal Qasımov layihə iştirakçılarının suallarını cavablandırıb.