TEYMUR RƏCƏBOV KEÇMİŞ DÜNYA ÇEMPİONUNA QALİB GƏLMİŞDİR
Almaniyanın Dortmund şəhərindən Azərbaycanın şahmat həvəskarları üçün şad xəbər gəlmişdir. Çox mötəbər Beynəlxalq Şahmat Federasiyasının (FİDE) təsnifatı üzrə 19-cu dərəcəli turnirin ikinci günü Azərbaycan idmançısı, 16 yaşlı beynəlxalq qrossmeyster Teymur Rəcəbov müasir dövrün ən güclü şahmatçılarından biri olan sabiq dünya çempionu Vişvanatan Anandı (Hindistan) məğlubiyyətə uğratmışdır. Özü də, rəqib ağ fiqurlarla oynayırdı.
İki turdan sonra hərəyə 1,5 xal toplayan Vladimir Kramnik (Rusiya) və Viorel Boloqan (Moldova) liderdirlər. Həmyerlimiz liderlərdən yarım xal geri qalır.
Avqustun 2-də keçirilən 3-cü turda Teymur Rəcəbov macar Peter Leko ilə görüşmüşdür. Leko da liderlərdən yarım xal az toplamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [19:59]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:46]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:18]
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO
- 05.06.2026 [18:52]