“The Washington Post” qəzeti Azərbaycanın ABŞ-dakı səfirinin bəyanatını dərc edib
Vaşinqton, 18 avqust (AZƏRTAC). Amerikanın “The Washington Post” qəzeti Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun bəyanatını dərc edib. Səfir bu bəyanatı qəzetin “Azərbaycan tanınmış hüquq müdafiəçisini absurd ittihamla məsuliyyətə cəlb edib” adlı məqaləsinə cavab olaraq verib.
Azərbaycanlı diplomat bəyanatında qeyd edir ki, Leyla və Arif Yunusa qarşı irəli sürülən ittihamın göstəricisi müxtəlif siyasi kampaniyalarla deyil, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilməlidir. Şübhəli hesab olunan bu şəxslər baş prokurorluğa gəlib işin istintaqı üzrə vaxtında ifadə versəydilər, onları həbs etməzdilər. Lakin onlar hüquq mühafizə orqanlarının nümayəndələri ilə əməkdaşlıqdan imtina ediblər. Bəyanatda sual edilir: “Məgər belə münasibət Birləşmiş Ştatlar da daxil olmaqla bir çox dövlətlərin məhkəmə sistemində prokurorluq tərəfindən müvafiq ölçü götürülməsinə gətirib çıxarmazdımı?”
E.Süleymanov daha sonra bildirir: “Leyla və Arif Yunusun Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasında maraqlarına gəlincə, biz bu istiqamətdə Minsk qrupu vasitəsilə işləyirik”.
Səfir bəyanatının sonunda qeyd edir ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktdır, bu ərazinin Azərbaycana məxsus olması isə beynəlxalq birlik tərəfindən təsdiq edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]