TİKİNTİ BÖLMƏSİNƏ 3.164,3 MİLYON MANAT SƏRMAYƏ YÖNƏLDİLMİŞDİR
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti bölməsinə 3.164,3 milyon manat (AZN) sərmayə yönəldilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sərmayənin 77,4 faizi, yəni 2.448,3 milyon manatı qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların payına düşür. Tikinti-quraşdırma işlərinə qoyulan sərmayənin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz artmış və 1.644,3 milyon manat təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]