Tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi məqsədilə ictimai dinləmə keçiriləcək
Bakı, 17 may, AZƏRTAC
Sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə mayın 20-də saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov AZƏRTAC-a bildirib ki, layihə icraçıları, ictimaiyyət və qeyri-hökumət təşkilatları nümayəndələri, ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.
M.Qənbərov ictimai dinləmədə iştirak etmək istəyənləri mayın 20-də Dövlət Ekoloji Ekspertiza Agentliyinə (ünvan: Heydər Əliyev prospekti, 10) dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]