TİKİNTİ SAHƏSİNDƏ NORMAL İŞ REJİMİ BƏRPA OLUNMUŞDUR
Dekabr ayından əmək haqlarının 20 faiz qaldırılması, “Qərbi Azəri” platformasının üst modullarının tikintisinin başa çatdırılması ilə əlaqədar işçilərə bir aylıq əmək haqqı məbləğində mükafatın verilməsi, maaşların illik artımına yenidən baxılması prosesinin bir hissəsi olaraq gələn il yanvarın 1-dən əmək haqlarının 12 faizdən az olmayaraq artırılması barədə razılaşma əldə edilmiş, işçilərin seçdiyi nümayəndələrə bu barədə məlumat verilmişdir.
Bir sıra digər məsələlərin araşdırılması, həlli ilə bağlı danışıqlar işçi qrupları səviyyəsində davam etdiriləcəkdir.
Artıq noyabrın 29-dan tikinti sahəsində normal iş rejimi bərpa olunmuşdur.
Qeyd edək ki, ABƏŞ ilə bağlanmış müqavilələr çərçivəsində MKKİ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının (AÇG) dərin hissəsinin işlənməsi üzrə Faza 1, Faza 2, Faza 3 layihələri üçün birləşmiş göyərtələrin inşasını və sualtı boru kəmərlərinin çəkilişini həyata keçirir. Şirkətə, həmçinin bp Şahdəniz Eksploreyşn Ltd. (BPŞD) şirkəti tərəfindən “Şahdəniz” yatağındakı Alfa platformasından Səngəçaldakı terminala qədər çəkiləcək 92 kilometrlik üç sualtı boru kəmərləri üzrə layihələndirmə, təchizat, istehsalat, xəndəkqazma işinə hazırlıq, quraşdırma və istismarqabağı sazlama işlərinin icrasını nəzərdə tutan podrat işlərini yerinə yetirir.