“Tokio-2020”: Karateçimiz İrina Zaretska ikinci qələbəsini qazanıb
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan karateçisi İrina Zaretska Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız A qrupu çərçivəsində italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Karateçimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlib.
Karateçimiz qrup görüşləri çərçivəsində daha sonra Məltəm Hocaoğlu (Türkiyə) və Sofiya Berultseva (Qazaxıstan) ilə qarşılaşacaq.
Təmsilçimiz ilk döyüşünü Yaponiya idmançısı Ayumi Uekusaya qarşı keçirib və 4:1 hesablı qələbə qazanıb.
Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.