Azərbaycan Dövlət İnformasiya Agentliyi

TOMRİS AZƏRİ: DÜNYADA YAŞAYAN AZƏRBAYCANLILAR ÖZ FƏALİYYƏTLƏRİNİ DAHA YAXINDAN ƏLAQƏLƏNDİRMƏLİDİR

Dünya azərbaycanlılarının

II qurultayı qarşısında

TOMRİS AZƏRİ: DÜNYADA YAŞAYAN AZƏRBAYCANLILAR ÖZ

FƏALİYYƏTLƏRİNİ DAHA YAXINDAN ƏLAQƏLƏNDİRMƏLİDİR

Dünya azərbaycanlılarının II qurultayında iştirak edəcək həmvətənlərimizin bir qrupu da ABŞ-da yaşayan azərbaycanlılar olacaqdır. Nümayəndə heyətinin başçısı, Amerikadakı Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri Bakıya səfəri ərəfəsində AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində qurultaya bəslədiyi böyük ümidlərini ifadə etmişdir.

- Tomris xanım, ABŞ-da yaşayan azərbaycanlıları II qurultayda təmsil edəcək nümayəndə heyəti kimlərdən ibarətdir?

- Bəri başdan deyim ki, nümayəndə heyətimiz təkcə Azərbaycan mənşəli amerikalılardan ibarət deyildir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıya italyan, yəhudi, türk və digər mənşəli amerikalılar da gedirlər. Amma onların hamısı Amerikadakı Azərbaycan Cəmiyyətinin üzvlərinə qoşularaq, vahid bir qrup şəklində qurultayın işində iştirak etmək istəklərini bildiriblər. Ona görə deyə bilərəm ki, nümayəndə heyətimiz Amerika azərbaycanlılarından və Azərbaycanın dostlarından ibarətdir.

- Dünya azərbaycanlılarının ilk qurultayı xatirinizdə necə qalıb? - Mən ilk qurultayın da iştirakçısı idim və orada çıxış etmişdim. Prezident Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş həmin qurultay dünya azərbaycanlılarını bir araya gətirməkdə çox böyük rol oynamışdır. İlk qurultaydan yadımda qalan ən əziz xatirələr də elə mərhum Prezident Heydər Əliyevlə bağlıdır. Onun salonda əyləşib bizim hamımıza maraqla qulaq asmasını yaxşı xatırlayıram. Heydər Əliyevin birinci qurultayda söylədiyi nitqi isə biz həyəcansız dinləyə bilmirdik. Onun hər sözü, hər bir ifadəsi bizi azərbaycanlı olmağımızla fəxr etməyə vadar edirdi. Şərəfimizə verdiyi ziyafətlə, bizimlə ünsiyyətlə, söhbətləri ilə Prezident Heydər Əliyev bütün azərbaycanlılara doğma evlərində olduqlarını hiss etdirirdi. Biz Azərbaycana dərindən bağlı olduğumuzu bir daha anladıq. Bütün bunlardan ruhlanaraq Azərbaycan üçün daha da böyük işlər görmək arzusu ilə yaşadığımız ölkələrə qayıtdıq.

- İlk qurultaydan sonra keçən müddətdə konkret işlərin görüldüyünü hiss edirsinizmi?

- Şübhəsiz. Dünya azərbaycanlılarının I qurultayında tanış olduğumuz soydaşlarımızla daim əlaqə saxlayırıq. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu, çox böyük təşəbbüs idi. Nazim İbrahimovun başçılıq etdiyi Dövlət Komitəsi bizi birləşdirmək istiqamətində uğurlu iş görür. Bizim təşkilatın Komitə ilə yaxın əlaqələri var. Bütün layihələrimizdə, fəaliyyətimizdə onların dəstəyini hiss edirik. Bizə kömək etməyə çalışırlar. Eyni zamanda, hesab edirəm ki, Dövlət Komitəsinin işinin səmərəli olması üçün dünya azərbaycanlıları da öz köməyini göstərməlidirlər. Amma bu, hələ başlanğıcdır. Komitənin gələcək işinin daha uğurlu olacağına inanıram.

- Layihələrdən söz açdınız. II qurultayda hansısa təkliflərlə çıxış edəcəksinizmi?

- İmkanlarımızdan səmərəli istifadə edib Azərbaycanın maraqlarını daha geniş şəkildə təmsil etmək üçün bir sıra layihələrimiz var. Məsələn, Amerikanın Vaşinqton və Nyu-York kimi böyük şəhərlərində mütəmadi toplantılar keçirmək istəyirik. Bu toplantılara biz Amerikada yaşayan digər diasporların nümayəndələrini də dəvət etməliyik. Amerikalıların bir çoxunun Azərbaycanın ABŞ üçün geostrateji əhəmiyyəti barədə tam təsəvvürü yoxdur. Belə toplantılar vasitəsilə biz Azərbaycanın siyasətini, onun beynəlxalq birlikdəki yerini daha geniş təbliğ edə bilərik. Daha bir layihə Amerikada “Azərbaycan Mərkəzləri”nin yaradılması ilə bağlıdır. Amerikaya gələn azərbaycanlı mühacirlər, burada oxuyan tələbələrimiz və yaxud çoxdan yaşayan soydaşlarımız bizə kömək üçün müraciət edirlər. Kimsə Azərbaycan dilini öyrənmək istəyir, kiməsə məsləhət lazımdır və s. İmkanlarımız məhdud olduğundan, onlara heç də həmişə kömək edə bilmirik. ABŞ-da “Azərbaycan Mərkəzləri” yaratmaqla biz onları bir növ Azərbaycan evlərinə çevirə bilərik ki, qapıları soydaşlarımıza həmişə açıq olsun.

-Son zamanlar ABŞ-dakı Azərbaycan diasporu hansı işləri görüb? - Fəaliyyətimizi mədəniyyətimizi, tariximizi, Azərbaycan Respublikasının mövqeyini Amerikaya tanıtmaq istiqamətində qurmuşuq. Konqreslə işimizi davam etdiririk. Qardaşlaşmış şəhərlər proqramını sürətləndirmişik. Bu yaxınlarda Gəncə-Nyuark, Quba-Bruklin, Bakı-Hyuston kimi qardaşlaşmış şəhərlər sırasına Naxçıvan və Florida ştatındakı şəhərlərdən biri də qoşulacaqdır. Etiraz aksiyaları fəaliyyətimizin bir qolu olaraq qalmaqdadır. BMT-nin iqamətgahı, Ermənistanın diplomatik nümayəndəlikləri qarşısında tariximizin qanlı günlərini anırıq. Məsələn, ötən ay Xocalı faciəsinin ildönümündə Cəmiyyətimizin üzvləri Vaşinqtonda Ermənistan səfirliyi qarşısında böyük aksiya keçirmişlər.

Arzularımız, layihələrimiz çoxdur. Mən Bakıya böyük ümidlərlə gedirəm. Dünyada yaşayan soydaşlarımızla yeni tanışlıqlar işimizi daha yaxından əlaqələndirməyə və bütün dünyada yaşayan azərbaycanlıların sözünü birlikdə deməyə kömək edəcəkdir.

Nümayəndə heyətimiz qurultayda bəyan edəcək ki, biz Azərbaycanın maraqlarını qorumağa həmişə hazırıq və Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi