Topaz Premyer Liqası: “Sumqayıt” klubu “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib
Bakı, 17 fevral, AZƏRTAC
Fevralın 17-də futbol üzrə Topaz Premyer Liqasının XVI turunda “Sumqayıt” klubu doğma meydanda “Neftçi”ni qəbul edib.
AZƏRTAC xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Matçın 13-cü dəqiqəsində Tural Axundov 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Sumqayıt”i hesabda önə çıxarıb. Qarşılaşmanın 17-ci dəqiqəsində “Sumqayıt” ikinci topu qonaqların qapısından keçirib. Amil Yunanov baxımlı qola imza atıb - 2:0.
Birinci hissə bu hesabla başa çatıb.
“Sumqayıt”-“Neftçi” matçının 61-ci dəqiqəsində bakılıların heyətində Rəşad Sadiqov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Komandaların cəhdlərinə baxmayaraq, qarşılaşmanın sonunadək hesab dəyişməyib.
Beləliklə, oyunda 2:0 hesabı ilə qalib gələn “Sumqayıt” xallarının sayını 24-ə çatdıraraq dördüncü sıradakı mövqeyini möhkəmləndirib. “Neftçi” isə 19 xalla beşinci pillədə qərarlaşıb.
XVI tura fevralın 18-də keçiriləcək “Kəpəz”-“Keşlə” və “Səbail”-“Qarabağ” görüşləri ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]