TORPAQ SÜRÜŞMƏSİ NƏTİCƏSİNDƏ İNSAN TƏLƏFATI OLMUŞDUR
Təbii fəlakət nəticəsində 43 adam xəsarət almışdır. Hadisə yerindən artıq 11 nəfərin cəsədi tapılmışdır. 30-a yaxın adam itkin düşmüş hesab olunur.
Qazaxıstanın Baş naziri Danial Əhmədov qəsəbəyə gəlmiş, vəziyyətlə yerində tanış olmuşdur.
Hazırda təbii fəlakət yerində 300-dən artıq xilasedici işləyir. Yaralılara və ev-eşiyini itirənlərə hər cür yardım göstərilir.