TOVUZ RAYONUNDA PAYIZLIQ ƏKİNLƏR ÜÇÜN ŞUM QALDIRILIR
Tovuz, 2 oktyabr (AZƏRTAC). Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Niftalı Qasımov bildirmişdir ki, tovuzlular həmişə torpaqdan maksimum gəlir əldə etmələri ilə şöhrət qazanmışlar.
Ölkədə istehsal olunan kartofun üçdə birini verən Tovuz fermerləri taxılçılıq sahəsində də uğurlar qazanmışlar. Rayonun dağətəyi kəndlərinin sakinləri taxıla olan ehtiyaclarını özləri ödəyirlər.
Artıq Əlibəyli, Hacallı, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Ağdam, Aşağı Quşçu və digər kəndlərdə payızlıq taxıl əkini üçün sahələrin şumlanmasına başlanmışdır. Fermerlər artıq 250 hektarda şum qaldırmışlar.
Xatırladaq ki, rayonun fermerləri bu il 40 min tona yaxın taxıl istehsal etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]