Tovuzda iki yeni mini meydança istifadəyə verilib
Tovuz, 26 may, AZƏRTAC
Tovuz şəhərində iki ünvanda məhəllə futbol meydançası yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mini meydançalar məhəllə futbolunun inkişafına, kiçik yaşlı uşaqlarda futbola maraq və sevginin artırılmasına xidmət edəcək.
Layihənin əsas məqsədlərindən biri də gələcəkdə yüksək liqalarda çıxış edən klublarımıza yerli və peşəkar futbolçular qazandırmaq, regionlarda futbol ənənələrini daha da gücləndirməkdir. Yeni yaradılan mini futbol meydançaları uşaqların idmana cəlb olunmasına, onların fiziki və mənəvi inkişafına mühüm töhfə verəcək.
Müxbir -Ruslan Novruzoğlu