TOVUZLU SAHİBKAR PAYTAXTDA KEÇİRİLƏN YARMARKAYA MƏHSUL GÖNDƏRİR
Tovuz, 3 oktyabr (AZƏRTAC). Tovuz rayonunun Düz Qırıqlı kənd sakini, sahibkar Qüdrət Əsgərov 5 hektar üzüm bağında bol məhsul yetişdirmişdir.
Sahibkar bu məhsulun bir hissəsini hər həftənin şənbə və bazar günləri paytaxtda təşkil edilən yarmarkaya göndərdiyini bildirmişdir. O, Bakının Nərimanov rayonunda keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına üzümlə bərabər, lobya, soğan, xiyar və digər meyvə-tərəvəz çıxarır.
İndiyədək yarmarkaya 3 ton məhsul yola salan sahibkar bundan sonra da paytaxt sakinlərinin mütəmadi surətdə bazar qiymətlərindən ucuz kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında fəal iştirak edəcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]