Tramp demokratları mənasız xarici müharibələrdə günahlandırır
Bakı, 31 oktyabr, AZƏRTAC
Demokratlar administrasiyası amerikalıları xaricdə “axmaq müharibələrə” göndərir.
AZƏRTAC xəbər verir ki, Respublikaçılar partiyasının ABŞ-ın prezidenti postuna namizədi Donald Tramp bu barədə özünün sosial media hesabında yazıb.
“Onlar xalqımızı və pulumuzu axmaq xarici müharibələrə yönəldir”, - deyə Donald Tramp bildirib.
ABŞ-ın sabiq dövlət başçısı, həmçinin demokratların onun tərəfdarlarını irqçi, fanatik və faşist adlandırdığını və eyni zamanda, pul müqabilində “cinayətkarlar üçün sərhədləri açdıqlarını” vurğulayıb.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə demokratları ölkənin hazırkı vitse-prezidenti Kamala Harris, respublikaçıları isə Ağ evin sabiq rəhbəri Donald Tramp təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]