“TRT World” kanalının aparıcısı: Bəzi xəbər agentlikləri Azərbaycanı hədəfə almışdılar
Şuşa, 21 iyul, Hikmət Əhmədov, Leyla Muradzadə, AZƏRTAC
Bəzi xəbər agentliklərinin yaydıqları məlumata baxanda görürdüm ki, Azərbaycanı hədəfə almışdılar. Ölkəni aqressor kimi təqdim edirdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “TRT World” kanalının aparıcısı və müxbiri Jaffar Hasnain 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” adlı panel müzakirədə deyib.
Suriyaya, Ukraynaya və Azərbaycanın Qarabağ bölgəsinə səfərlər etdiyini vurğulayan “TRT World” kanalının aparıcısı bu ərazilərlə bağlı dezinformasiyadan çox güclü istifadə edildiyini diqqətə çatdırıb.
“Mən o ilk jurnalistlərdənəm ki, Qarabağ işğaldan azad olunandan sonra oraya ayaq basmışam. Buraya dördüncü dəfə gəlirəm, görülən işlərin sürətlə getdiyinin şahidi oluram”, - deyə Jaffar Hasnain əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]