Tunisdə meşə yanğınlarının baş verdiyi bölgələrdən 26 ailə təxliyə edilib
Bakı, 29 avqust, AZƏRTAC
Tunisin Əlcəzairlə sərhədində yerləşən Cendube əyalətində meşə yanğınları səbəbindən 26 ailə bölgədən təxliyə edilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Cendube Mülki Müdafiə Təşkilatı məlumat yayıb.
Qeyd edilib ki, vilayətin meşələrində eyni vaxtda 3 nöqtədə yanğın başlayıb.
Açıqlamada yanğının digər ərazilərə keçməsinin qarşısını almaq üçün Ərkub ər-Reyhan bölgəsində 15 ailənin və çoxlu sayda heyvanın təxliyə edildiyi, yanğınsöndürən maşınlarla müdafiə xəttinin qurulduğu, yanğınsöndürmə işlərinin davam etdirildiyi bildirilib.
Cendubenin Fernana bölgəsindən 11 ailənin çıxarıldığı qeyd olunur.
Ölkədə hökm sürən yüksək temperatur meşəlik ərazilərdə yanğın riskini artırır.
Tunis Milli Meteorologiya İnstitutunun ötən ay verdiyi açıqlamada, iyulun ilk günlərində ölkədə orta temperaturun 50 dərəcəni keçdiyi bildirilib.
Ölkədə ötən ilin iyun və iyul aylarında baş verən 88 meşə yanğınında təxminən 3 min hektar ərazi zərər görüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]