Tural Hacılı: Azərbaycanın “İstisu” mineral suyu Belarus bazarına çıxarılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanın “İstisu” mineral suyu Belarusa ixrac olunur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda çıxışı zamanı deyib.
Tural Hacılının sözlərinə görə, iki ölkə arasında aparılan səmərəli əməkdaşlıq nəticəsində məhsulun ixracına dair bütün zəruri mərhələlər uğurla tamamlanıb.
“Biz hazırda “İstisu” mineral suyunu Belarus bazarında təşviq edirik. Müvafiq müqavilə imzalanıb, Avrasiya İqtisadi İttifaqı çərçivəsində laborator sınaqlar və qeydiyyat prosesi yekunlaşıb. Artıq məhsulun ilk partiyasının ixracı həyata keçirilib”, – deyə AZPROMO rəsmisi bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]