“Turan Tovuz”la oyunda vurulan ilk qol “Araz-Naxçıvan” üçün əlamətdar olub
Bakı, 25 avqust, AZƏRTAC
Misli Premyer Liqasının II turunun “Turan Tovuz”la oyununda vurulan ilk top “Araz-Naxçıvan” üçün əlamətdar olub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının təmsilçisi Premyer Liqada 50-ci səfər qoluna imza atıb.
Yubiley qolunun müəllifi 38-ci dəqiqədə fərqlənən Şarl Boli olub. Naxçıvan klubu 59-cu səfər görüşündə qol sayını 51-ə də çatdırıb.
Elmar Baxşıyevin yetirmələri rəqib meydanında 2:1 hesabı ilə qalib gəlib. Bu, klub tarixinə Premyer Liqada ümumilikdə 116-cı matçda 35-ci qələbə kimi düşüb.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk qələbəsini 2000-ci il avqustun 20-də səfərdə “Şahdağ” (Quba) üzərində qazanıb – 1:0. Qələbə qolunun müəllifi İlham Allahyarov klub tarixinə ilk səfər qolunun müəllifi kimi düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]