TURİNDƏ XX QIŞ OLİMPİYA OYUNLARI BAŞLANIR
Olimpiadada idmanın 15 növü üzrə 84 medal dəsti uğrunda mübarizə aparılacaqdır.
Açılış mərasimi Turin stadionunda keçiriləcəkdir. Olimpiya məşəli estafeti burada başa çatacaq və Olimpiya alovu yandırılacaqdır. Yanvarın 31-də İtaliyada hökumət, biznes və həmkarlar ittifaqları arasında sosial barışıq haqqında saziş qüvvəyə minmişdir. Onlar martın 23-dək oyunların gedişinə maneə törədə biləcək tətillərin keçirilməsindən imtina etmişlər.
Romanın “La-Sapyentsa” Universiteti iqtisadçılarının hesablamalarına görə, Turin Olimpiadasından 17,4 milyard avro məbləğində səmərə əldə olunacaqdır. Bu, İtaliyada ümumi daxili məhsulun əlavə olaraq 0,2 faiz artmasına, o cümlədən ildə 57 min yeni iş yerinin açılmasına kömək edəcəkdir. Özəl kapital Olimpiadanın büdcəsinə 2,32 milyard avro köçürmüşdür. Oyunlara 63 şirkət sponsorluq edir. Reklamdan 400 milyon avro gəlir əldə edilmişdir.
Oyunların talismanı yumru qar dənəsi Neve və kvadrat buz parçası Qlitsdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]