TURİSTLƏR ADLARINI BÖYÜK ÇİN SƏDDİNDƏ ƏBƏDİLƏŞDİRƏ BİLƏCƏKLƏR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Çin səddinə baş çəkən turistlərə yeni attraksion təklif etmişlər. İndi arzu edən hər kəs qabaqcadan haqqını ödəməklə məşhur abidəyə imzasını qoya bilər. Belə bir xidmət abidənin baxıcıları səddi yazıb qaralamaq həvəskarlarının öhdəsindən gələ bilmədiklərini elan etdikdən sonra tətbiq olunmuşdur. Hazırda turistlər 120 dollar müqabilində səddin kərpiclərindən birində ürəklərindən keçəni yaza bilərlər.
Lakin səddin yazılmasına icazə verilən parçası, əslində, tarixi abidənin bir hissəsi deyildir. Böyük səddin həmin tərəfi Badalinqdə bərpa işləri zamanı tikilmişdir və ona görə də yaxşı vəziyyətdə qalmışdır. Bura turistlərin daha çox axışdığı yerdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]