Azərbaycan Dövlət İnformasiya Agentliyi

Turizm bazarında bahar canlanması

Bakı, 5 aprel, Emil Eyyubov, AZƏRTAC

Bakıdakı “JW Marriott Absheron” otelində “Baku Travel Bazaar Spring Edition” ənənəvi mövsüm yarmarkası və turizm sektorundakı peşəkarların görüşü keçirilib. Dünya turizm sənayesinin aparıcı nümayəndələrinin iştirak etdiyi tədbir “Chance Travel Consulting” (Ukrayna) və “R&S Group” (Azərbaycan) şirkətləri tərəfindən təşkil olunub.

Yarmarka çərçivəsində öz xidmətlərini təqdim etmək üçün 60 otelin, mehmanxana şəbəkəsi və kurortların, qəbul edən turoperatorların, yaxta, villa və avtomobil kirayəsi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri Bakıya səfər ediblər. Azərbaycan və Gürcüstanın 300-dən çox aparıcı turizm şirkətinin əməkdaşları bu tədbirdə öz xarici həmkarları ilə görüşə gəliblər.

Faydalı ünsiyyət və otel təklifləri

“Chance Travel Consulting” şirkətinin həmtəsisçisi İrina Vedeneyevanın sözlərinə görə, bu tədbirin keçirilməsində əsas məqsəd turizm sektorunda fəaliyyət göstərən peşəkarlar arasında təcrübə mübadiləsidir. “Forum iştirakçıları “B2B” formatı sayəsində hər bir konkret istiqaməti müfəssəl şəkildə öyrənmək, bu sektordakı yeniliklər, ideyalar haqqında məlumat almaq, onları maraqlandıran təşkilatlarla sıx tərəfdaşlıq əlaqələri yaratmaq imkanı əldə edə bilərlər. Biz ildən-ilə təkcə Azərbaycanda deyil, Qazaxıstan və Belarusda da tədbirimizə gələn turagentlərin məlumatlılığının artmasını müşahidə edirik. Əgər bir-iki il əvvəl agentliklərin əksəriyyəti yalnız yaxşı bələd olduqları əsas istiqamətlər üzrə fəaliyyət göstərirdisə, hazırda onların məlumat dairəsi genişlənib və daha çox ölkəyə turist göndərirlər. Xarici həmkarları ilə birbaşa əlaqə yaradan turist agentləri təkcə yeni biliklər deyil, həmçinin müştərilərə xidmətdə özünəinam hissi qazanırlar. Son nəticədə bütün tərəflər - yeni bazarlara çıxış əldə edən otellər və xarici şirkətlər, əlaqə bazasını genişləndirən turizm agentlikləri və əlbəttə, daha çox təklif və xidmətlər təqdim edilən turistlər qazanmış olurlar”, - deyə İ.Vedeneyeva əlavə edib.

“Baku Travel Bazaar Spring Edition”un əcnəbi qonaqları arasında həm mütəmadi olaraq tədbirə gələn daimi iştirakçılar, həm də debütantlar var. Forumun daimi iştirakçılarından biri - Türkiyənin “Spice Hotel & SPA” kurort kompleksi Bakıya yeniliklərlə gəlib. Kompleksin satış və marketinq üzrə meneceri İsmayıl Çiçəyin sözlərinə görə, onun təmsil etdiyi və Antalya sahillərinin Belek şəhərində yerləşən oteldə bu yaxınlarda yenilənmə işləri aparılıb. Burada otaqlar yenilənib, “A’la Carte” restoranları, uşaq klubu, hovuzlar, villalar və digər obyektlərin dizaynı dəyişdirilib. Türkiyəli qonaq qeyd edib ki, onun tədbirdə iştirakının əsas məqsədi Azərbaycan turistlərinə yaxşı tanış olan bu oteldəki dəyişikliklərlə bağlı azərbaycanlı həmkarlarını məlumatlandırmaqdır.

İlk dəfə Bakıya öz nümayəndələrini göndərmiş “Raffles Dubai” dəbdəbəli oteli də Azərbaycan bazarında öz yerini tutmaq arzusundadır. Bu beşulduzlu lüks otel orijinal piramida formasındadır, onun layihəsində qədim Misir motivlərindən istifadə edilib. “Raffles Dubai” otelinin satış üzrə direktoru Len Tobias bildirib ki, Azərbaycan onun təmsil etdiyi otel üçün perspektivli bazardır. Onun sözlərinə görə, təyyarə ilə uçuş məsafəsi üç saatdan az olan Bakı-Dubay istiqaməti azərbaycanlı turistlər üçün populyardır. Qonaq vurğulayıb: “Bizim Bakıya gəlişimizin məqsədi ən tələbkar müştərilərin belə ehtiyaclarına cavab verən otelimizin xüsusiyyətləri ilə həmkarlarımızı tanış etməkdir. “Raffles” şəbəkəsi 100 il əvvəl Sinqapurda yaradılıb. Dubaydakı “Raffles” oteli orijinal arxitekturası ilə yanaşı, şəhər mərkəzindəki əlverişli məkanda - yeraltı keçidlə birləşdiyi “Wafi Mall” Ticarət Mərkəzinin yaxınlığında yerləşməsi ilə əlamətdardır. Biz qonaqlarımıza şopinq üzrə fərdi xidmət göstəririk. Təntənəli mərasimlərin keçirildiyi Dubayın ən gözəl banket zallarının biri də məhz bizim oteldədir”.

Benidormun səxavəti və Frankfurt aeroportundan eksklüziv

Azərbaycan səyahətçiləri üçün daha geniş üfüqlər açılmasını qarşıya məqsəd qoyan Bakı “Travel Bazaar” yarmarkasının digər iştirakçısı İspaniyanın Moskvadakı səfirliyi nəzdində fəaliyyət göstərən Benidorm Turizm Administrasiyasıdır. İspaniyanın bu günəşli bölgəsi turistlər üçün maraqlı sürprizlərlə doludur. Administrasiyanın nümayəndəsi Yuliya Mixinanın sözlərinə görə, Aralıq dənizinin sahilində yerləşən Benidormun isti iqlimi çimərlik mövsümünün daha uzunmüddətli olmasına (iyundan oktyabradək) imkan verir. Burada istirahətə gələnlər üçün tam təhlükəsiz olan qumlu çimərliklərin maili girişi var. Çimərlikdə istirahətlə yanaşı, Benidormda yerli qəsrlərə, qayaüstü yazıların olduğu mağaralara və Valensiya, Alikante kimi tarixi şəhərlərə mənalı ekskursiyalar üçün geniş imkanlar mövcuddur. Yerli sakinlər gülərüz və qonaqpərvərdirlər. Y.Mixina əlavə edib: “Bakıdakı tədbirdə biz həmkarlarımıza bölgə ilə əlaqə yaratmaqda kömək göstərir, onları qəbul edəcək agentliklərin, otellərin, siyahısını təqdim edir, Benidormun turizm gözəlliklərini əks etdirən fotomateriallar və informasiyaları paylaşırıq. Benidormun azərbaycanlı turistlərin marağına səbəb olacağına əminəm. Orada turistləri olduqca hərarətli qarşılayacaqlar”.

“Baku Travel Bazaar Spring”in debütantları arasında Britaniyanın turist qəbul edən “Explore Global” şirkəti də var. Şirkətin Azərbaycan, Qazaxıstan və Özbəkistandakı nümayəndəsi İndira Nurşina bildirib: “İyirmi ildən çoxdur ki, bizim şirkət Böyük Britaniya və Avropa ölkələrində qrup şəklində və fərdi istirahətin təşkili üzrə ixtisaslaşıb. Biz turistlərin yerləşdirilməsi, daşınması və fərdi səfərlərini təşkil edirik, idman tədbirləri, konsertlərə biletlərin, restoranlarda masaların ayrılması və sairə ilə məşğul oluruq. Yəni, bizim turizm xidmətlərinin əhatə dairəsi tamdır. Əminəm ki, “Explore Global”ın böyük iş təcrübəsi və rəqabətədavamlı qiymətləri Azərbaycanın turizm şirkətlərinə Avropa bazarı ilə səmərəli əməkdaşlıq imkanı verəcək. Bakıda keçirilən tədbir çox məhsuldar və zəngin oldu. Mən Azərbaycan bazarında şirkətimizin biznesinin genişləndirməsi üçün yaratdığı imkana görə forumun təşkilatçılarına minnətdaram”.

Hava limanları bütün səyahətlərin ayrılmaz hissəsidir. Bunu forum iştirakçılarına “Baku Travel Bazaar Spring Edition”a ilk dəfə qoşulan Frankfurt-Mayn Beynəlxalq Hava Limanının nümayəndəsi Stefan Kopp xatırladıb. Almaniyanın bu ən böyük hava limanı Avropada sərnişindaşımalar üzrə rekordsmenlərdən biridir (2017-ci ildə 64 milyondan çox sərnişin). Gündəlik olaraq hava limanının xidmətlərindən istifadə edən çox güclü insan axınına baxmayaraq, burada hər bir sərnişinin dəyərini anlayır və ona müvafiq münasibət göstərirlər. S.Kopp deyib: “Frankfurt-Mayn Beynəlxalq Hava Limanından Azərbaycan və regionun yaxın ölkələrindən tranzit sərnişinlər də daxil olmaqla çoxlu sayda sərnişin istifadə edir. Lakin bizim əlavə xidmətlərimizdən məlumatı olanlar azdır. Bakıya gəlişimizin məqsədi də yerli turizm agentliklərini bu xidmətlərlə tanış etməkdir. Məsələn, hava limanında ailəvi səyahət edən sərnişinlər, iş adamları, tranzit sərnişinlər üçün ayrıca zona var. Bu zonada ödənişsiz fəaliyyət göstərən kinoteatrlar, uşaqların oynaması, yoqa ilə məşğul olmaq, istirahət və ibadət üçün otaqlar reysləri gözləyən sərnişinlərin ixtiyarına verilib. Hava limanının bütün istiqamətlər və aviaşirkətlərin sərnişinləri üçün ödənişli VIP zonasını ayrıca qeyd etmək lazımdır. Onları uçuş, eniş və tranzit zamanı fərdi xidmət, hava limanında olduğu bütün vaxt ərzində şəxsi yardım, məxfilik, ləziz qidalanma və digər eksklüziv xidmətlər gözləyir”.

Bakıda keçirilən “Travel Bazaar” forumunda bu və bir çox digər təşkilatlar öz təkliflərini təqdim ediblər. Azərbaycan turizm agentliklərinin yüksək fəallığı da qeyd edilməlidir. Onlar ümumi maraqlar naminə, ölkəmizdə turizm xidmətləri bazarını daha rəngarəng etmək üçün keyfiyyətli təkliflərlə gəlmiş əcnəbi həmkarları ilə həvəslə ünsiyyət qururdular.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO