Turizm obyektlərində qiymətlərin aşağı salınması davam etdiriləcəkdir
Bakı, 19 sentyabr (AZƏRTAC). Azərbaycanın turizm obyektlərində qiymətlərin aşağı salınması davam etdiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir. Bildirmişdir ki, ötən il turizm obyektlərində qiymətlərin təxminən 20 faizədək aşağı salınmasına baxmayaraq, müəyyən yerlərdə qiymətlər daha yüksək olaraq qalır. Nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycanda hazırda tikilib istifadəyə verilmiş otellərin böyük əksəriyyəti lüks otellərdir və onlar istər-istəməz öz qiymətlərini yüksək tutmalıdırlar.
Nazir vurğulamışdır ki, hazırda ölkəmizdə üç ulduzlu otellərin tikilməsi və orta təbəqənin imkanlarına uyğun qiymət siyasətinin tətbiqi istiqamətində ciddi işlər görülür. Otellərin sayının artması və onlar arasında rəqabət, sözsüz ki, qiymətlərin aşağı düşməsinə şərait yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]