TÜRKİYƏ AVROPA BİRLİYİNDƏN İZAHAT TƏLƏB EDİR
AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, bununla əlaqədar xarici işlər naziri Abdullah Gül Avropa Birliyinin rəhbərliyinə məktub göndərərək, Avropa Komissiyasının məruzəsindəki bəndlərdən, o cümlədən “danışıqlar prosesinin Türkiyə üçün son nəticəyə təminat vermədiyi” göstərilən bənddən narahatlığını bildirmişdir. Ankara bundan narahatdır ki, danışıqlar Türkiyənin Avropa Birliyi sıralarına qoşulmasına rədd cavabı verilməsi ilə başa çata bilər.
Avropa Komissiyasının bu yaxınlarda yayılan məruzəsində belə bir bənd də var ki, “danışıqlar prosesində AB Türkiyədə monitorinq keçirəcək, əgər insan hüquqlarının və ya demokratik standartların pozulmasına dair ciddi faktlar aşkara çıxarılarsa, komissiya bu danışıqları dayandırmağı təklif edə bilər”. Komissiyanın üzvləri məruzəyə “Türkiyədən kütləvi axının qarşısını almaq məqsədi ilə oradan işçi qüvvəsi ixracına daimi qadağa qoyulmasının mümkünlüyü” barədə bənd də daxil etmişlər.
A.Gül məktubunda Avropa Komissiyasının “monitorinq prosesi” və “danışıqlar prosesinin dayandırılması şərtləri” barədə qeyri-dəqiq tövsiyələrinin izah olunmasını da tələb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]