TÜRKİYƏ BMT TŞ-NİN LİVANA DAİR QƏTNAMƏSİNİ DƏSTƏKLƏYİR
Teleşirkət hökumətdəki mənbələrə istinadla bildirmişdir ki, Livana hərbçilər göndərilməsi məsələsi haqqında qərar BMT-nin sülhməramlı qüvvələrə dair yeni qətnaməsindən sonra qəbul oluna bilər.
Bundan əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan anlatmışdır ki, müvafiq şərait yaradılarsa, Ankara Livana göndəriləcək sülhməramlı qüvvələrə kömək göstərə bilər.
Hökumət başçısının əsas nazirlərlə və silahlı qüvvələrin rəhbərliyi ilə bazar ertəsi Ankarada keçirilən fövqəladə görüşündə BMT TŞ-nin qətnaməsi ilə əlaqədar Yaxın Şərqdə vəziyyət və Livanda sabitliyin təmin edilməsinə Türkiyənin mümkün köməyi müzakirə olunmuşdur.
Hökumətin iclasdan sonra yayılan bəyanatında deyilir: “Türkiyə Livanda atəşin dayandırılması haqqında BMT TŞ qətnaməsinin qüvvəyə minməsini razılıq hissi ilə qarşılamışdır. Ankara böhranın lap əvvəlindən bu günədək onun dinc vasitələrlə həlli və Livan xalqına təcili humanitar yardım edilməsi üçün diplomatik səylər göstərmişdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]